20 
Apr
2021
16:21
12
180
1105
Virtual karabakh

Ağacların kəsilməsi ilə bağlı şikayət araşdırıldı: Təbiətə 3000 manata yaxın ziyan dəyib

20 Apr, 2021
16:21
1105

Ağacların kəsilməsi ilə bağlı şikayət araşdırıldı: Təbiətə 3000 manata yaxın ziyan dəyib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nəsimi rayonu Seyid Cəfər Pişəvari küçəsi 27A ünvanında ağacların kəsilərək tikinti işlərinin aparılması barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət xidmətin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Qurumun rəsmisi Vaqif Cavadov bildirib ki, əraziyə keçirilən baxış zamanı fakt təsdiqini tapıb, sözügedən ünvanda tikinti məqsədilə qazıntı işlərinin aparıldığı, iki ağacın kəsildiyi, bir ağacın zədələndiyi və təbiətə 2280 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

“Araşdırma zamanı ərazinin yaşayış binasının tikintisi məqsədlə 2017-ci ildə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən “Memar İnşaat-2017” MMC-yə verildiyi məlum olub.

Faktla bağlı akt tərtib olunub, yaşıllığa dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər aidiyyəti üzrə prokurorluq orqanına göndəriləcək”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri