20 
Apr
2021
17:48
10
56
647
Virtual karabakh

“Enactus Azərbaycan Yaz Məktəbi” layihəsi baş tutdu - FOTO

20 Apr, 2021
17:48
647

“Enactus Azərbaycan Yaz Məktəbi” layihəsi baş tutdu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

17-18 aprel 2021-ci il tarixlərində Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Enactus Azərbaycan Yaz Məktəbi” layihəsi baş tutub.

Onlayn formatda keçirilən tədbirdə Azərbaycan Respublikası Gənclər Fondunun İcraçı direktoru Fərid Cəfərov, Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti Sədrinin müavini Nadir Adilov və “Enactus Azərbaycan”ın ölkə üzrə proqram direktoru Orduxan Qəhrəmanzadənin video çıxışları təqdim olunub.

Tədbirin ilk günündə peşəkar təlimçilər tərəfindən “Data analitikası və biznes”, “Ünsiyyət bacarığı və uğur”, “Marketinq əsas dəyər yaratma aləti” mövzularında 3 təlim sessiyası, həmçinin müsabiqələr keçirilib.

İkinci günündə isə komandaların “Enactus onlayn sahibkarlıq müsabiqəsi” üçün hazırladığı layihə videoları təqdim olunub. Daha sonra peşəkar təlimçilər tərəfindən “Biznes planın qurulması, biznes ideyalar”, “Biznes ideyalar və marketinq” və “Gənc olmaq şansdır” mövzularında 3 təlim sessiyası keçirilib. Sonda isə “Enactus Onlayn Sahibkarlıq” və “Sual-Cavab” müsabiqələrində qalib gəlmiş komandalar elan olunub.

Qeyd edək ki, layihənin əsas məqsədi “Enactus Azərbaycan” komandalarının bilik və bacarıqlarının inkişaf etdirilməsi və komandaları Milli Yarışa hazırlamaqdır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri