20 
Apr
2021
17:40
219
15
4727
Virtual karabakh

İtkin düşmüş hərbi qulluqçuların axtarış işləri davam etdirilir - RƏSMİ

20 Apr, 2021
17:40
4727

İtkin düşmüş hərbi qulluqçuların axtarış işləri davam etdirilir - RƏSMİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“İtkin düşmüş 24 nəfər hərbi qulluqçunun olduqları yerlərin müəyyən olunması məqsədilə axtarış qrupları tərəfindən hazırda Tərtər, Füzuli, Cəbrayıl, Xocavənd və Xocalı rayonlarının ərazilərində, həmçinin Şuşa şəhəri ətrafında müvafiq axtarış işləri aparılır”.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Respublika Hərbi Prokurorluğunun yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, axtarışlar Murov dağı silsiləsində əlverişli təbii şərait imkan verənədək təxirə salınıb.

“O cümlədən, həmin hərbi qulluqçularımızın əsir götürülmələri və yaxud meyitlərinin qarşı tərəfdə olmaları ehtimalları ətrafında da istintaq-əməliyyat tədbirlərinin icrası davam etdirilir və nəticəsi barədə ictimaiyyətə vaxtaşırı xəbər veriləcək”, - məlumatda qeyd olunub.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri