20 
Apr
2021
18:11
25
308
3877
Virtual karabakh

Mindən çox şəhidimizin şəxsiyyəti istintaq yolu ilə müəyyən olunub - RƏSMİ

20 Apr, 2021
18:11
3877

Mindən çox şəhidimizin şəxsiyyəti istintaq yolu ilə müəyyən olunub - RƏSMİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu günə qədər ümumilikdə 2 889 şəhidin meyiti müayinə olunaraq şəxsiyyəti müəyyən olunub. 

Bu barədə AZƏRTACA Respublika Hərbi Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Vətən müharibəsinin başladığı gündən hərbi prokurorluq orqanları tərəfindən döyüşlərdə şəhid olan hərbi qulluqçularımızın meyitlərinin müayinə olunması, dini adət-ənənələrə uyğun olaraq hazırlanıb dəfn olunması üçün yaşadıqları ünvanlara göndərilməsi məqsədilə Füzuli rayonunda, Beyləqan, Bərdə, Yevlax və Gəncə şəhərlərində  mərkəzlər yaradılıb.

İndiyədək ümumilikdə 2 889 şəhidin meyiti müayinə olunaraq şəxsiyyəti müəyyən olunub. Onlardan 1 481 meyitin şəxsiyyəti sırf istintaq yolu ilə (379-u DNT analiz nümunələrinin götürülərək müvafiq ekspertizaların keçirilməsi, 1 022-i isə əl-barmaq izlərinin götürülərək eyniləşdirmə aparılması yolu ilə) müəyyən olunaraq yaxınlarına təhvil verilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri