20 
Apr
2021
18:55
75
28
742
Virtual karabakh

Beynəlxalq platformada təmsil olunan gənclər təşkilatlarının milli platforması yaradılacaq – FOTO

Beynəlxalq platformalarda təmsil olunan gənclər təşkilatlarının milli platforması yaradılacaq.

Bu barədə qərar Gənclər və İdman nazirinin müavini İntiqam Babayevin gənclər təşkilatları ilə keçirilən görüşündə bildirilib. 

Görüşdə aşağıdakı təşkilatlar iştirak edib:

1.Gənclər Təşkilatları Milli Şurası

2.“Avropa Gənclər Parlamenti – Azərbaycan” İctimai Birliyi

3. Tələbələr Forumu-Bakı” İctimai Birliyi

4. Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti” İctimai Birliyi

5. “Azərbaycan Gənclərinin Avropaya İnteqrasiya Təşkilatı” İctimai Birliyi

6. “Həkimlər və Təbib Tələbələr” İctimai Birliyi

7. “Sağlam Düşüncə” Gənclər Təşkilatı İctimai Birliyi

8. Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı

9. Azərbaycan Skautlar Assosiasiyası

10. Gənclər üçün Təhsil Mərkəzi

11. Tələbələrin İqtisadiyyat və Menecmentlik üzrə Beynəlxalq Assosiasiyası

12. “Gələcəyə Körpü" Gənclər İctimai Birliyi

13. “İRƏLİ” İctimai Birliyi

14. “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi

15. “Gənc Tərcüməçilər Assosiasiyası” İctimai Birliyi

16. “Avropa Hüquqşünas Tələbələr Assosiasiyası-Bakı” İctimai Birliyi

17. “Gənc Psixoloqlar” İctimai Birliyi

18. “Gənclərin Nailiyyəti” İctimai Birliyi

19. “Erasmus Tələbə Şəbəkəsi – Azərbaycan” İctimai Birliyi

20. “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqı

21. Dünya Gənc Türk Yazarlar Birliyi

22. Gənclər Expresi Beynəlxalq Şəbəkəsi

İlk olaraq gənclər təşkilatları ötən dövr ərzində görülmüş işlər barədə hesabat verib, qarşılaşdıqları və onları narahat edən əsas problemlər haqqında danışıb, irad və təkliflərini bildirdilər.

Qeyd edək ki, belə görüşlərin keçirilməsində əsas məqsəd gənclər təşkilatları ilə işin daha da gücləndirilməsi, eyni zamanda, onların Gənclər və İdman Nazirliyi ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və təşkilatlara dövlət dəstəyinin artırılmasıdır.

Görüş zamanı bildirilib ki, bu gün 30-dan çox beynəlxalq platformalarda təmsil olunan gənclər təşkilatları var. Məhz bunu nəzərə alaraq,  44 günlük Vətən müharibəsinin səbəb və nəticələrinin, eyni zamanda, Azərbaycan maraqlarının beynəlxalq gənclər platformalarına daimi olaraq çatdırılması və müdafiəsi üçün gənclər təşkilatlarının daha da fəal olmalarının vacibliyi qeyd edildi. Bu istiqamətdə fəaliyyətin effektivliyinin artırılması üçün koordinasiyalı şəkildə işlərin görülməsi qərara alındı.

Görüşdə gənclər təşkilatlarını narahat edən aşağıdakı məsələlər barədə müzakirələr aparıldı:

- Qarabağla bağlı gənclərin ideya bankının yaradılması; 

- Beynəlxalq tədbirlərdə Azərbaycanı təmsil edən gənclər üçün təlimlərin, məlumat sessiyalarının keçirilməsi və təmsilçiliyə dair kitabın nəşr olunması; 

- Gənc alimlərin beynəlxalq platformalarında Qarabğla bağlı məsələlərin daim gündəmdə saxlanılması;

- Gənclərlə iş sahəsində rəqəmsal texnologiyaların tətbiq edilməsi;

- Xarici donorlardan alınmış qrantların qeydiyyatının asanlaşdırılması;

- Türkdilli dövlətlərin gəncləri arasında mədəni əlaqələrin gücləndirilməsi;

- Xarici müəlliflərin Qarabağla bağlı kitablarının çoxaldılması və dünyanın aparıcı kitabxanalarında, elm mərkəzlərində, universitetlərin kitabxanalarında yerləşdirilməsinə nail olunması;   

- Tələbə psixoloqların beynəlxalq yay məktəblərinin təşkil edilməsi;

- Bəynəlxalq platformalarda təmsil olunan gənclər təşkilatları üçün müsabiqədən kənar qrantların verilməsi;

-  Avropa İttifaqının Erasmus+ və EU4Youth proqramları ilə əməkdaşlıq çərçivəsində gənclərin sosial sahibkarlıq layihələrinin dəstəklənməsi;

- Avropa İttifaqının könüllü proqramları çərçivəsində Azərbaycana gələn əcnəbi könüllülər üçün “Könüllü viza” sisteminin tətbiq edilməsi;

- Beynəlxalq tədbirlərdə iştirak etmək üçün Azərbaycana səfər edən əcnəbi gənclərə vizanın rəsmiləşdirilməsi və miqrasiya xidmətlərinin göstərilməsinin asanlaşdırılması;

- Azərbaycanın təmsil olunmadığı beynəlxalq gənclər platformalarında təmsil olunma məsələlərinə baxılması və s.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyi tərəfindən  fevral ayından gənclər təşkilatları ilə başlayan  görüşlər may ayının sonuna kimi davam edəcək.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri