21 
Apr
2021
14:12
218
36
9764
Virtual karabakh

“Toyota”nın hibrid və benzin modelləri test edildi: Mükəmməl nəticə, 50 faiz qənaət - VİDEO

21 Apr, 2021
14:12
9764

“Toyota”nın hibrid və benzin modelləri test edildi: Mükəmməl nəticə, 50 faiz qənaət - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Toyota” hibrid mühərrikli modellər dünya bazarlarında layiqincə liderliyini qoruyub saxlayır və Azərbaycanda da inamla populyarlıq qazanmağa davam edir. Belə avtomobillərin nəinki sayını, həm də çeşidini artıran şirkət, “Toyota”nın ən tələb olunan modellərindən biri hesab olunan “Toyota Camry” ilə Bakıda sınaq yürüşü təşkil edib.

Yol hərəkəti qaydaları üzrə ekspert Elməddin Muradlı və tanınmış idmançı, Olimpiya mükafatçısı Rəsul Çunayev “Camry”ni test edərək benzin və hibrid mühərrikli variantları müqayisə edib. Onlar sınaq yürüşü zamanı hibrid modelin üstünlüklərini, eləcə də təhlükəsizlik elementlərini sadalayıblar. Ekologiya və ətraf mühitin çirklənməsi günümüzün ən aktual mövzularından biridir. Buna uyğun olaraq hibrid nəqliyyat vasitələrinin populyarlaşması ekoloji cəhətdən təmiz bir gələcək qurmaq üçün getdikcə daha aktual bir mövzu halına gəlir.

Hibrid texnologiyası üzrə 23 ildən çox təcrübəyə sahib olan və dünyada 15 milyondan çox hibrid avtomobil satan “Toyota” şirkəti bu sahə üzrə artıq öz sözünü deyib.

Sınaq yürüşü zamanı “Toyota” hibridlərlə bağlı sərnişin və sürücülərdə yarana biləcək bütün suallar dəqiqləşdirilib və cavablandırılıb.

Beləliklə, “Toyota Hibrid” modellərinin nə kimi üstünlükləri vardır?  

Bu modellərdə orta hesabla 1/3 daha az yanacaq sərfiyyatı və CO2 (karbon dioksid) emissiyası mövcuddur. Son 23 il ərzində 120 milyon ton CO2 emissiya edilməsinin “Toyota” hibrid texnologiyası sayəsində qarşısı alınıb. Bu da öz növbəsində daha sağlam bir cəmiyyətin formalaşmasına əhəmiyyətli bir töhfə deməkdir.

Ən vacib məqam isə “Toyota” hibridlərini cərəyana qoşmağa ehtiyac yoxdur. “Toyota”nın hibrid modelləri regenerativ texnologiya sayəsində öz-özünü mütamadi olaraq şarj edir. Hər dəfə əyləc pedalına basdıqda və ya ayağınızı qaz pedalından çəkdikdə, “Toyota” hibridlər batareyanı avtomatik şarj edir. Ümümi sürüşünüzün demək olar kİ, 50 %-ni elektrik sərfiyyatı hesabına idarə edirsiniz. Təsəvvür edin, bu 50 %-ə yaxın yanacağa qənaətdir. Beləliklə sürücülər rahat əyləşərək sərnişinlərlə birlikdə səyahətdən həzz ala bilərlər.

Texniki təmiri ənənəvi benzin mühərrikli avtomobillərdən baha deyil, hətta onlardan daha ucuzdur. Tormozlama daha çox elektrik motor tərəfindən baş tutduğu üçün əyləc bəndləri geç aşınır, eləcə də, mufta, generator və starter kimi hissələr olmadığı üçün daha az dəyişim komponentləri mövcuddur.

İngiltərədə aparılan araştırmaya görə “Toyota Hibrid” avtomobili sürən şəxslərin 89 %-i avtomobili idarə etdikdən sonra özlərini xoşbəxt və daha az stressli hiss ediblər. Bunun əsəs səbəbi ümumi sürüşünüzün 50 %-ni sükan arxasında səssiz keçirməyinizdir.         

Hibrid komponentlərinə 5 il və ya 160.000 km (hansı tez baş verərsə) zəmanət təqdim olunur.

Sürüş tərzinizə uyğun olaraq istədiyiniz vaxt Eco, Normal və Sport rejimlərindən birini seçmə imkanına malik olursunuz.

“Toyota” keyfiyyət, dözümlülük və davamlılıq fəlsəfəsinə uyğun olaraq hər zaman yüksək qalıq dəyərini təmin edir.

Hibrid mühhərikli “Toyota Camry”nin sınağı başa çatdıqdan sonra benzin mühərrikli “Toyota Camry” modeli sınaqdan keçirilib. Məşhur idmançı Rəsul Çunayev “Toyota”nın TSS (Toyota Safety Sense) təhlükəsizlik sistemləri olan “Toqquşmanın qarşısını alan funksiyası” (PCS), “Adaptiv Kruiz kontrol funksiyası” (ACC), “Hərəkət zolağını mümkün dəyişmə ilə bağlı xəbərdarlıq funksiyası” (LDA) və “Yaxın-uzaq işığın avtomatik dəyişmə funksiyası” (AHB) ilə yaxından tanış olub. Əlavə olaraq “Toyota”nın Yeni Qlobal Arxitekturası (TNGA) adlandırdığı yeni istehsal strategiyasıda sınaq yürüşü müddətində müzakirə olunub.

TNGA platforması “Toyota”nın “ən yaxşı avtomobili yaratmaq” məqsədinin parçasıdır. Artıq TNGA platforması ilə istehsal olunan “Toyota” avtomobilləri daha çox kuzov sərtliyinə, yaxşılaşdırılmış komforta, aerodinamikaya və kabin daxilində daha geniş görüş bucağı ilə təmin olunurlar. Bir sözlə sürücü və sərnişinlər üçün “Toyota”nın missiyası ideal avtomobil yaratmaqdır.

“Toyota” Qafqaz şirkətinin nümayəndəsi Sabir Kazımzadə “Toyota”nın 2050 Ətraf Mühit Hədəfləri haqqında da məlumat verib:

“Toyota” 2050-ci ilə kimi ətraf mühitin qorunması ilə bağlı konsepsiya hazırlayan və qəbul edən ilk şirkətdir. Şirkət 2050-ci ilə kimi qarşısına 6 hədəf qoyub. Bunlar avtomobillərdə CO2 tullantısını 90 %-ə dək azaltmaq, avtomobil həyat dövrünün hər mərhələsində CO2 emissiyasını 0-a bərabər etmək, zavodlarda istehsal prosesində CO2 emissiyasını ləğv etmək, istehsal zavodlarında su istifadəsini minimum səviyyəyə endirmək, təkrar emal edən bir cəmiyyət formalaşdırmaq və sonda təbiətlə vəhdətdə olan bir cəmiyyətin yaranmasında rol oynamaqdır.”

Sonda ekspert Elməddin Muradlı qeyd edib ki, Azərbaycanda hibrid avtomobillərinə maraq böyükdür. Ancaq təəssüf ki, bu cür texnologiyalara gömrük və ƏDV güzəşti olmadığı üçün rüsumlar ənənəvi benzin/dizel mühərrikli avtomobillərdən fərqlənmir. Bir çox ölkələrdə hibrid avtomobillərin idxalına 50% endirim tətbiq olunur hansı ki buda öz növbəsində istehlakçılara yeni hibrid avtomobillərini daha sərfəli qiymətlərlə əldə etməsinə şərait yaradır.

Əlbəttə ki, yeni avtomobil daha təhlükəsiz nəqliyyat növüdür və eyni zamanda ətraf mühitin qorunması baxımından daha səmərəlidir. Bütün bunları nəzərə alaraq Azərbaycanda da rüsumların endirilməsinə ehtiyac var.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri