21 
Apr
2021
17:30
411
19
1733
Virtual karabakh

Füzulidə əsası qoyulan “Araz” redaksiyasının binası bərpa ediləcək - VİDEO

21 Apr, 2021
17:30
1733

Füzulidə əsası qoyulan “Araz” redaksiyasının binası bərpa ediləcək - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənilər tərəfindən dağıdılan binalardan biri də əsası 90 il əvvəl Füzulidə qoyulan “Araz” qəzetinin redaksiyasıdır və bu bina bərpa ediləcək.

Bunu Mədəniyyət naziri Anar Kərimov “Twitter” hesabında yazıb 

Əvvəlcə onu deyək ki, vaxtı ilə Füzuli rayonunda hamının abunə olduğu və oxuduğu yeganə qəzet “Araz” qəzeti olub. Füzuli Tarix-diyarşünaslıq Muzeyinin əməkdaşı deyir ki, “Günəş çıxmaya bilər, amma qəzet mütləq çıxmalıdır” prinsipi ilə çap edilən “Araz” qəzeti rayon mətbəəsində həftədə üç dəfə olmaqla 3500-4000 nüsxə tirajlanırdı. 

“Araz” qəzeti redaksiyası 1931-ci ildə yaradılıb. Qəzet 1966-cı ilə qədər “Qızıl Araz” adı ilə nəşr olunub. 1966-cı ildən sonra isə “Araz” adı ilə nəşrini davam etdirib. 

Daha ətraflı Baku TV-nin süjetində:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri