22 
Apr
2021
11:12
332
6
1645
Virtual karabakh

Suqovuşanın elektrik enerjisi ilə təchizatı sürətləndirilib - VİDEO

22 Apr, 2021
11:12
1645

Suqovuşanın elektrik enerjisi ilə təchizatı sürətləndirilib - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərişıq” ASC işğaldan azad olunmuş əraziləri elektrik enerjisi ilə təchiz etmək üçün kompleks tədbirləri davam etdirir.

“Azərişıq”dan Oxu.Az-a verilən məlumata görə, 

Prezident İlham Əliyevin müvafiq fərmanına uyğun olaraq səhmdar cəmiyyət “Azərişıq Qarabağda” layihəsi çərçivəsində Suqovuşan ərazisində işləri sürətləndirib.

İşğaldan azad olunmuş Suqovuşan qəsəbəsinə 110/35/6 kv-luq Tərtər yarımstansiyasından 35 kV-luq elektrik veriliş xəttinin çəkilməsi işləri davam etdirilir.

Ağıllı Şəbəkə Konsepsiyası işğaldan azad olunan digər ərazilərdə olduğu kimi Suqovuşan ərazisində də tətbiq edilir. 35 kV-luq iki dövrəli xətt izolyasiyalı kabellə çəkilir. Belə xətlərdə itkilər minimuma enir, əlverişsiz hava şəraitinə daha dözümlüdür, buzlaşmaya qarşı daha dayanıqlıdır, həmçinin belə xətlərin keçdiyi ərazilərdə mühafizə zolağı daha az olur, xətlərə texniki xidmət xərci minimuma enir.

Suqovuşan qəsəbəsinin daxili şəbəkəsində isə 0,4 kv hava xətləri bərpa edilmiş, yeni SİP kabellər çəkilib. Qısa müddət ərzində qəsəbəyə elektrik enerjisinin verilişi bərpa ediləcək. Bunun üçün lazım olan bütün mal-material əraziyə göndərilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri