22 
Apr
2021
12:24
132
12
2772
Virtual karabakh

Bir aya 230 milyon manatdan çox əmanət geri çəkilib

22 Apr, 2021
12:24
2772

Bir aya 230 milyon manatdan çox əmanət geri çəkilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda aprel ayının 1-nə cəmi depozit bazasının həcmi 23 milyard 825,9 milyon manat olub.

Oxu.Az-ın məlumatına görə, bu ötən ilin eyni dövrü ilə müqayisədə 1,1 faiz azalıb, əvvəlki ayın müvafiq göstəriciləri ilə müqayisədə isə 1,4 faiz artıb.

Manatla olan depozitlərin həcmi 10 milyard 732,5 milyon manat (cəmi depozitlərin 45 faizi), xarici valyutada olan depozitlərin həcmi isə 13 milyard 93,4 milyon manat (cəmi depozitlərin 55 faizi) təşkil edib.

Manatla olan depozitlərin həcmi illik müqayisədə 18,5 faiz, aylıq müqayisədə isə 6,3 faiz artıb. Xarici valyutada olan depozitlərin həcmi isə illik müqayisədə 12,9 faiz azalıb, aylıq müqayisədə isə 0,2 faiz artıb.

Fiziki şəxslərin banklardakı əmanətləri cəmi depozitlərin 34,2 faizini təşkil etməklə 8 milyard 147,5 milyon manat olub. Bu illik müqayisədə 1,3 faiz, aylıq müqayisədə isə 232,4 milyon manat və ya 2,8 faiz azdır.

Əmanətlərin 49,7 faizini milli, 50,3 faizini isə xarici valyutada olan əmanətlər təşkil edib. Milli valyutada olan əmanətlərin həcmi illik müqayisədə 9,3 faiz artıb, aylıq müqayisədə isə 3,2 faiz azalıb. Xarici valyutada olan əmanətlərin həcmi isə illik müqayisədə 9,9 faiz, aylıq müqayisədə isə 2,3 faiz azalıb.

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri