22 
Apr
2021
11:54
146
6
1648
Virtual karabakh

Ağdamda 20 min manatlıq oğurluq edən şəxslər saxlanılıb

22 Apr, 2021
11:54
1648

Ağdamda 20 min manatlıq oğurluq edən şəxslər saxlanılıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ağdam rayon sakini Rayon Polis Şöbəsinə müraciət edərək Quzanlı qəsəbəsində yerləşən ona məxsus mağazadan 20 min manat dəyərində oğurluq edilməsi barədə məlumat verib. 

Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Müraciətlə əlaqədar Ağdam RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

Araşdırmalarla onların Ağcabədi rayon sakini Rəsul İsmayılzadə və Ağdam rayon sakini Elgün Məmmədov olduğu müəyyən edilib. Həmin şəxslər mağazadan 91 ədəd mobil telefon, 8 ədəd noutbuk və 6 ədəd planşet oğurlayaraq zərərçəkmiş şəxsə 20 min manat civarında ziyan vurublar. Oğurlanmış əşyaların bir qismi maddi sübut kimi götürülüb.

Faktla bağlı Ağdam RPŞ-də araşdırmalar davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri