22 
Apr
2021
17:03
54
333
1778
Virtual karabakh

Təhsil naziri: “İslahatın gözəl nəticələrini bir neçə ildən sonra görəcəyik”

22 Apr, 2021
17:03
1778

Təhsil naziri: “İslahatın gözəl nəticələrini bir neçə ildən sonra görəcəyik”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Təhsil Nazirliyinin kifayət qədər uğurlu nailiyyətləri var, lakin bununla yanaşı qarşımızda həllini gözləyən bir sıra vacib məsələlər də qalmaqdadır”. 

Oxu.Az xəbər verir ki, bu sözləri Təhsil naziri Emin Əmrullayev Təhsil İdarəçiliyi beynəlxalq konfransında çıxışı zamanı deyib.

O bildirib ki, uzun illər bundan əvvəl ümumi təhsil demək olar ki, 98-99 faiz uşaq üçün əlçatan olub:

“Ölkəmizdə ümumilikdə 6 yaşlı uşaqların təxminən 92 faizi, müxtəlif illərə görə isə 90 faizindən çoxu məktəbə gedir. Digər uşaqlar arasında bir qədər təhsilə gec qoşulanlar da var. Təhsilin inklüzivliyi məsələsində, xüsusi təhsil imkanları, eyni zamanda xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilə cəlb olunması ilə bağlı məsələlərdə isə problemlərimiz qalmaqdadır”.

E.Əmrullayev onu da qeyd edib ki, Nazirlik tərəfindən məktəbəhazırlıq qrupu üzrə olan uşaqların (5 yaşından 6 yaşa qədər olan uşaqların) məktəblərdə təşkil edilmiş məktəbəhazırlıq qruplarına cəlb edilməsi nəticəsində böyük dəyişiklik qeydə alınıb:

“Belə ki, son illərdə bu rəqəm 26 faizdən təxminən 85 faizə qədər artıb. Uşaqlar heç olmasa 1 il hazırlığa cəlb olunurlar. Bu islahatın daha gözəl nəticələrini yəqin ki, bir neçə ildən sonra görəcəyik. Çünki, məhz bir il məktəbəhazırlıqda iştirak ümumilikdə həm əmək bazarının, həm də ayrı-ayrı vətəndaşların vəziyyətinə müsbət təsir edəcək. Amma digər yaş qruplarında, xüsusilə 1-3 yaş qrupunda əhatəliliyimiz 10 faizdən, 3-5 yaş qruplarında isə şəhər yerlərində bu təxminən 30%, kənd yerlərində isə 20 faizdən aşağıdır.

Odur ki, bərabər imkanlar, əlçatanlıq, eləcə də keyfiyyət baxımından məktəbəqədər təhsilin və erkən inkişaf layihələrinin olduqca vacib təsirləri olduğunu görürük. Ailə əsaslı, icma əsaslı məktəbəqədər qrupların inkişafı prioritet məsələ hesab olunmalıdır. 

Onu da qeyd edim ki, son illərdə Nazirlik tərəfindən daha bir layihə də icra edilir. Bu gün 3-5 yaş qrupuna daxil olan təxminən 10 minə qədər uşaq müxtəlif icma əsaslı məktəbəqədər təhsilə cəlb edilib. Düşünürəm ki, bu yeni layihənin də Azərbaycan təhsilinə böyük təsirləri olacaq”. 

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri