22 
Apr
2021
17:48
252
33
2604
Virtual karabakh

XİN-in sabiq vəzifəli şəxsləri barəsində seçilmiş ev dustaqlığının müddəti uzadıldı

22 Apr, 2021
17:48
2604

XİN-in sabiq vəzifəli şəxsləri barəsində seçilmiş ev dustaqlığının müddəti uzadıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Səbail Rayon Məhkəməsində Xarici İşlər Nazirliyinin İşlər idarəsinin sabiq müdiri Fərhad Molla-zadə, Konsulluq idarəsinin sabiq rəisi Faiq Bağırov və digər vəzifəli şəxsləri Nurupaşa Abdullayev, Səlim Əlizadə və İlqar Əliyevin barələrində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

APA-nın xəbərinə görə, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.

Qərara əsasən təqsirləndirilən şəxslər barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirləri üç ay müddətinə uzadılıb.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıblar.

Onlar barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311-ci (rüşvət alma) maddələri ilə cinayət işi başlanıb.

Həmin şəxslər barəsində Səbail Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.

Daha sonra isə məhkəmənin qərarı ilə onların barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri