22 
Apr
2021
19:00
463
27
1321
Virtual karabakh

Fransız hüquqşünas: “Ermənistanın Gəncəni raket atəşinə tutması cinayətdir”

22 Apr, 2021
19:00
1321

Fransız hüquqşünas: “Ermənistanın Gəncəni raket atəşinə tutması cinayətdir”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Gəncə şəhərinin raket atəşinə tutulması bizi çox təəccübləndirdi”.

“Report” xəbər verir ki, bunu fransız hüquqşünas Yassine Yakouti Gəncəyə səfəri zamanı jurnalistlərə açıqlamasında bildirib.

“Biz burada törədilən cinayətin şahidi olduq, bu, mülki şəxslərə qarşı törədilən cinayətdir. Biz burda araşdırma aparacağıq, baş vermiş olayları daha da dərindən öyrənəcəyik. Gəncə müharibə zonasından uzaqdır. Bizi də təəccübləndirən məsələ budur ki, niyə Gəncə şəhəri raket atəşinə tutulub”, - o deyib.

Qeyd edək ki, fransalı hüquqşünaslar bir neçə gün Gəncə şəhərində olacaq və müharibə zamanı mülki şəxslərin həlak olduğu, yaralandığı ərazilərə baş çəkcəklər.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri