22 
Apr
2021
22:35
8
157
1548
Virtual karabakh

Bakıda iki avtomobil toqquşdu, xəsarət alan var

22 Apr, 2021
22:35
1548

Bakıda iki avtomobil toqquşdu, xəsarət alan var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə Suraxanı rayonunda qeydə alınıb.

Belə ki, Zığ yolunda iki avtomobilin toqquşması nəticəsində sürücülərdən biri 1997-ci il təvəllüdlü Ağazadə Mətin Malik oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub və reanimasiya şöbəsinə yerləşdirilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri