22 
Apr
2021
23:33
268
23
25014
Virtual karabakh

İcra başçısı birinci müavini və baş memarı işdən çıxardı

22 Apr, 2021
23:33
25014

İcra başçısı birinci müavini və baş memarı işdən çıxardı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Goranboy Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ceyhun Həsənov və Baş memar Rüstəm Mehdiyev vəzifədən azad ediliblər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə icra başçısı Məhərrəm Quliyev əmr imzalayıb.

Hər iki vəzifəyə hələlik təyinat yoxdur.

Qeyd edək ki, C.Həsənov karyerası ərzində Goranboy Rayon İcra Hakimiyyətində ikinci dəfə idi ki, birinci müavin postunu tuturdu.

Hazırda həbsdə olan Nizaməddin Quliyev Goranboy rayonuna icra başçısı təyin edilən zaman - 2009-cu ildə eks birinci müavini vəzifədən  azad etmişdi.

Ceyhun Həsənov ikinci dəfə 2019-cu ilin iyununda birinci müavin vəzifəsinə təyin olunmuşdu.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri