23 
Apr
2021
14:30
221
19
4629
Virtual karabakh

Bakı kəndlərinə yeni nəfəs gətirəcək konsepsiyalar: “Muzey mərkəzləri, sərgi salonları...” - FOTO

23 Apr, 2021
14:30
4629

Bakı kəndlərinə yeni nəfəs gətirəcək konsepsiyalar: “Muzey mərkəzləri, sərgi salonları...” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı kəndlərində abadlıq işləri Prezident İlham Əliyevin tapşırığına əsasən başlayıb və mərhələli şəkildə davam edir. Bu proses ilk olaraq təxminən il yarım əvvəl Bibiheybət qəsəbəsində başladı və daha sonra Balaxanı qəsəbəsini də əhatə etdi.

Bu sözləri Oxu.Az-a açıqlamasında Memar Elçin Əliyev deyib. O bildirib ki, ölkə başçısı görülən işlərlə tanış olduqdan sonra bu gözəl təcrübə bütün Bakı kəndlərinə tətbiq ediləcək:

“Abadlaşdırma işləri Bakı və Abşeronun kəndlərində də davam etdiriləcək. Hər bir kənddə memarlıq abidələri var. Birinci növ işlər turistik marşrutlar üzrə başlayacaq. İnsanlar üçün 1, ya da 2 saatlıq turistik marşrutlar təyin edilməlidir. Bu istiqamətdə əsaslı şəkildə işlərə başlanılır – kanalizasiya xətləri yenilənir, işıq xətləri səliqəli şəkildə çəkilir, səkilər bərpa edilir, internet, telefon xətləri yerin altı ilə aparılır. Həmin küçələr özünəməxsus şəkildə gözəlləşdirilir”.

Memar qeyd edib ki, abadlıq işləri zamanı kəndlər bir-birinə bənzəməyəcək:

“Hazırda abadlıq işləri 7-8 kənddə aparılır. Yaxın bir neçə ildə abadlıq işləri bitdikdən sonra fərqli mənzərə ilə qarşılaşacağıq. Hər kəndin özünün vizit kartı olacaq. Biz xüsusi konsepsiya fikirləşmişik. Məsələn Balaxanı kəndində illərlə zibillik olub. Kəndə girərkən atmosfer heç də xoşagələn deyildi. Lakin indi bu kəndə girən zaman lavanda, yaşıllıq qoxusu gəlir. Balaxanı kəndində bu gün yaşıllıq konsepsiyası tətbiq edilir.

Ramanı kəndinin də çoxlu memarlıq abidəsi var. Bildiyim qədər tarixi qədim olan 12 memarlıq nümunəsi məhz burada yerləşir. Ramanı yaxın gələcəkdə muzey mərkəzinə çevriləcək. Qeyd edim ki, bu kənddə onlarla muzeyin açılması planlaşdırılır. Məsələn, çaydanlar muzeyi, memarlıq muzeyi, papaq muzeyi, milli geyim muzeyi və s.

Novxanı kəndinin isə incəsənət mərkəzinə çevrilməsi planı var. Novxanıda rəssamların emalatxanaları, sərgi salonları salınacaq. Bütün bu konsepsiyalar mərhələli şəkildə həyata keçiriləcək”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri