26 
Apr
2021
12:45
35
199
1279
Virtual karabakh

Bərdənin beş kəndində yas mərasimi təşkil edənlər ələ keçdi

26 Apr, 2021
12:45
1279

Bərdənin beş kəndində yas mərasimi təşkil edənlər ələ keçdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bərdə Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Bərdə RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində rayonun 5 kəndində sanitar-epidemioloji normaları pozaraq yas mərasimləri təşkil edən şəxslər müəyyən edilib.

Qayda pozuntusuna yol verən ümumilikdə 24 nəfər barəsində inzibati qaydada protokollar tərtib edilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri