26 
Apr
2021
15:54
63
47
933
Virtual karabakh

Pandemiya şəraitində sanitariya-gigiyena qaydalarına necə əməl edilir? - VİDEO

26 Apr, 2021
15:54
933

Pandemiya şəraitində sanitariya-gigiyena qaydalarına necə əməl edilir? - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İTV-də yayımlanan “Vəkil əhvalatı”nda koronovirus müddətindəki cərimələrə və istisnalara aydınlıq gətirilib.

Rubrikada Azərbaycan Respublikasının İnzibati Xətalar məcəlləsinin 211-ci maddəsinin II bəndindən danışılıb.

Qonaq olan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Kütləvi İnformasiya Vasitələri və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev pandemiya şəraitindəki qaydaların istisnalarından söz açıb.

E.Hacıyev pandemiya şəraitində tibbi maskadan istifadə, qida qəbulu və tütün məhsullarından istifadə qaydalarından danışıb.

“Qidanın qəbul edilməsi müvafiq yerlərdə - restoran, kafe və digər bu tip ictimai iaşə obyektlərində nəzərdə tutulub. Tütün məmulatları zibil qablarının yaxınlığında istifadə edilə bilər”. 

Sonda E.Hacıyev avtomobildə maskadan hansı halda istifadə edilməyə bilər sualına da aydınlıq gətirib: “Sürücü avtomobildə təkdirsə, tibbi maskadan istifadə etməyə bilər”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri