29 
Apr
2021
14:48
42
143
7717
Virtual karabakh

Koronavirusa yoluxan azərbaycanlı nazirin son vəziyyəti AÇIQLANDI

29 Apr, 2021
14:48
7717

Koronavirusa yoluxan azərbaycanlı nazirin son vəziyyəti AÇIQLANDI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxan Mədəniyyət naziri Anar Kərimovun səhhəti yaxşılığa doğru gedir”.

Bu barədə Oxu.Az-a açıqlamasında Nazirliyin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məryəm Qafar-zadə məlumat verib.

Onun sözlərinə görə, nazir aprelin 16-dan koronavirus xəstəliyindən müalicə alır:

“Vəziyyəti stabildir, gələn həftə karantin müddəti bitir. Hər şey yaxşı olsa, nazir öz vəzifəsinin icrasını davam etdirəcək”.

Qeyd edək ki, COVID-19 virusuna yoluxan Anar Kərimov 16 aprel 2021-ci il tarixindən müalicə olunur.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri