30 
Apr
2021
13:36
19
126
2050
Virtual karabakh

“Azəriqaz”da İctimai Şuranın seçkilərinə start verildi - FOTO

30 Apr, 2021
13:36
2050

“Azəriqaz”da İctimai Şuranın seçkilərinə start verildi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün “Azəriqaz” İstehsalat Birliyi (İB) yanında İctimai Şuranın yaradılmasına dair seçkilərə start verilib.

Qurumdan Oxu.Az-a verilən məlumata əsasən, seçkilər birliyin inzibati binasında səhər saat 11:00-dan başlayır, saat 16:00-dək davam edəcək.

Namizədlər arasında ölkənin ictimai həyatında kifayət qədər nüfuzu olan tanınmış vətəndaş cəmiyyəti institutu və media nümayəndələri yer alır. “Azəriqaz” İB ilk dəfə olaraq seçki prosesini “Facebook” sosial şəbəkəsi üzərindən birbaşa yayımla geniş auditoriyaya təqdim etməyi planlaşdırır.

Qeyd edək ki, seçki prosesinə 2021-ci ilin fevral ayının 16-dan başlanılıb. İctimai şuraya üzv olmaq istəyən namizədlərin qeydiyyatı mart ayının 19-dək davam edib. Ümumilikdə “Azəriqaz” İstehsalat Birliyi yanında İctimai Şuraya 11 üzv yerinə 17 namizəd irəli sürülüb. Sonrakı mərhələdə səsvermə prosesində təmsilçilərinin iştirak etməsini istəyən vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin qeydiyyatı aparılıb və hazırda 71 nəfər səsvermə hüququ əldə edib.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri