May
2021
11:48
67
124
2461
Virtual karabakh

Azərbaycan neftinin orta aylıq qiyməti aşağı düşüb

1 May, 2021
11:48
2461

Azərbaycan neftinin orta aylıq qiyməti aşağı düşüb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2021-ci ilin aprel ayında Azərbaycanın “Azeri Light” markalı xam neftinin bir barelinin orta qiyməti 64,83 ABŞ dollar dəyərində olub.

Oxu.Az-ın məlumatına görə, bu göstərici 2021-ci ilin mart ayındakı neftin bir barelinin orta qiyməti ilə müqayisədə 1,12 ABŞ dolları qədər və ya 1,7 faiz daha azdır.

Ötən ay neftin bir barelinin qiymətinin ən yüksək həddi 29 aprel tarixində qeydə alınıb və 67,71 ABŞ dollarına bərabər olub. Azərbaycan neftinin qiymətinin ən aşağı həddi isə 7 aprel tarixində qeydə alınıb və məhsulun qiyməti 61,63 ABŞ dollarını təşkil edib.

Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin orta qiyməti mart ayında 65,95 ABŞ dollarına bərabər olub.

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri