May
2021
16:12
56
186
2881
Virtual karabakh

Azərbaycanda koronavirusa görə iki məktəb bağlandı

1 May, 2021
16:12
2881

Azərbaycanda koronavirusa görə iki məktəb bağlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Zərdab rayonunda iki məktəb distant təhsilə keçib.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, Zərdab şəhər 3 saylı və Qaravəlli kənd orta məktəbləri şagird və müəllimlər arasında aşkarlanan koronavirusa yoluxma faktları səbəbindən distant təhsilə keçiblər. 

Faktı Zərdab Rayon Təhsil Şöbəsindən Oxu.Az-a təsdiq ediblər.

Bildirilib ki, hər iki məktəb koronavirusa yoluxma faktı səbəbindən qeyri-müəyyən müddətə distant təhsilə bağlanıb. 

Qeyd edək ki, daha əvvəl də Zərdabda iki məktəb koronavirusa yoluxma səbəbindən distant təhsilə keçmişdi. Onlardan rayonun Məlikmudlu kənd tam orta məktəbində artıq əyani təhsil bərpa edilib. Çallı kənd tam orta məktəbində isə həftənin birinci günündən etibarən tədris prosesi əyani şəkildə davam etdiriləcək.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri