May
2021
09:48
224
359
8043
Virtual karabakh

Mətanət İsgəndərli koronavirusa yoluxdu: Vəziyyəti ağırdır

3 May, 2021
09:48
8043

Mətanət İsgəndərli koronavirusa yoluxdu: Vəziyyəti ağırdır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əməkdar artist Mətanət İsgəndərli və oğlu Kərim koronavirusa yoluxub.

Bu barədə “Qafqazinfo”ya sənətçinin keçmiş gəlini Aynur Həmidova (Canan) məlumat verib.

Onun sözlərinə görə, beş gün əvvəl M.İsgəndərli və eks-ərində COVID-19 aşkarlanıb:

“Beş gün əvvəl yoluxublar. Əvvəl evdə müalicə alırdılar. Dünən Mətanət xanımın halı pisləşdi. Bronxlarında problem var, boğulmalar baş verir. Kərimlə əlaqə saxladım, mənə dedi ki, təcili tibbi yardım çağıraraq xəstəxanaya aparıblar. Dodaqları göyərib, vəziyyəti ağırdır, reanimasiyaya yerləşdirilib. Kərimin isə hərarəti 39-a çatır, o da xəstəxanadadır”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri