May
2021
12:54
7
100
1256
Virtual karabakh

Evdə müalicə ürək-damar xəstəliklərdən əziyyət çəkən insanlarda risk yaradırmı?

4 May, 2021
12:54
1256

Evdə müalicə ürək-damar xəstəliklərdən əziyyət çəkən insanlarda risk yaradırmı?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Səhiyyə Nazirliyi ürək-damar xəstəliklərdən (ÜDX) əziyyət çəkən insanların evdə müalicəsinin risk yaratması məsələsinə münasibət bildirib.

Səhiyyə Nazirliyinin baş kardioloqu Yusif Nağıyev bildirib ki, COVID-19 testi pozitiv çıxan xəstənin vəziyyəti təcili xəstəxanaya yerləşdirməsini tələb etmirsə o, evdə müalicə oluna bilər:

“Xəstənin mənzilində ayrıca bir otaq olmalıdır və həkimin bütün reseptlərinə əməl edilməlidir. Yaşlı insanlarla birlikdə yaşayan və ya xroniki xəstəlikləri olan pasiyentlər xəstəxanaya göndərilməlidir. Evdə müalicə alarkən xəstənin vəziyyəti pisləşirsə o, hospitalizasiya olunmalıdır. Yaşlıların evdə müalicəsi digər yaşdakı xəstələrin müalicəsindən heç bir şəkildə fərqlənmir; xüsusi dərmanlar yoxdur.

Yaşlı insanlar ilk növbədə sağlamlığı qorumaq üçün ümumi tövsiyələrə əməl etməlidirlər. Onlar üçün mütəmadi fiziki aktivlik vacibdir (gündə ən az 20 dəqiqə) və balanslı qidalanma. Müsbət münasibət və yaxınları ilə davamlı ünsiyyət çox vacibdir.

Həkim COVID-19 müalicəsində istifadə olunan dərmanların ürəyə zərər verməsi ilə bağlı fikirlərə də aydınlıq gətirib.

Onun sözlərinə görə, COVID-19 üçün istifadə olunan bir sıra dərmanların kardiotoksik təsiri var:

“COVID-19 olan xəstələrdə dərman müalicəsinin aritmiyaların inkişaf edə biləcəyi barədə məlumatlar əldə olunub. Aspirin, klopidogrel, varfarin, kleksan kimi qan durulducularını qəbul edərkən daxili qanaxmanın qarşısını almaq üçün onların, virus əleyhinə dərmanlarla qarşılıqlı təsiri nəzərə alınmalıdır”.

“Bu günə ürək-damar sisteminə təsir edən dərmanları qəbul edən xəstələrdə koronavirus infeksiyasının ağır gedişli riski haqqında məlumat yoxdur. 

Mütəxəssislərin çoxu, ÜDX müalicəsi üçün bir çox dərman preparatların faydalı təsir göstərə biləcəyini, ürək xəstəliyinin pisləşməsinin və COVID-19 infeksiyasından ciddi ağciyər zədələnməsinin riskini azaltdığını göstərir. Buna görə antihipertenziv dərmanların qəbulu tam şəkildə davam etdirilməlidir”, - deyə o əlavə edib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri