May
2021
12:42
20
135
3381
Virtual karabakh

Abşeron Gənclər Şəhərciyindəki “şəlalə” sakinlərin narazılığına səbəb olur - VİDEO

4 May, 2021
12:42
3381

Abşeron Gənclər Şəhərciyindəki “şəlalə” sakinlərin narazılığına səbəb olur - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Abşeron Gənclər Şəhərciyində yaşayan sakinlər ciddi problemlə qarşı-qarşıyadır. 

Bu barədə Oxu.Az-a şikayət daxil olub. 

Belə ki, Bakı-Sumqayıt yolunun üstündə yerləşən Abşeron Gənclər Şəhərciyində bina sakinləri çirkab sulardan əziyyət çəkir.

Sakinlər iddia edir ki, bu gün yaşadıqları yer asanlıqla Abşeronun ən çirkli nöqtəsi adlandırıla bilər:

“Hər səhər şəhərciyin küçələrindən su axır. Kommunal xidmətlər üçün aylıq ödəniş yığan, eyni zamanda şəhərcik üçün heç bir şey etməyən komendantlar bizi problemlərlə baş-başa qoyur. Hər yerdə antisanitar vəziyyət hökm sürür. Küçədə qeyri-rəsmi şəkildə mal-qara kəsilir, dəhşətli üfunət iyi var. Narazılığımızı bir neçə dəfə dilə gətirsək də, cavab ala bilmirik. 

Qəsəbənin ciddi şəkildə yoxlanılmağa ehtiyacı var. Antisanitariya şəraiti, komendantların vəzifələrini yerinə yetirməməsi, qəsəbə işçilərinin diqqətsizliyi səbəbindən hər səhər su itkisi baş verir. Tək problem bu deyil. Burada yollar pis gündədir, binalar çox xaotik şəkildə inşa edilib ki, bu da müəyyən mənada problemlər yaradır. Hər şey çox üzücüdür”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri