May
2021
13:15
28
666
10279
Virtual karabakh

Arif Quliyevin vəziyyəti pisləşdi - AÇIQLAMA

4 May, 2021
13:15
10279

Arif Quliyevin vəziyyəti pisləşdi - AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Təəssüf ki, Xalq artisti Arif Quliyevin vəziyyəti pisləşib”.

Bunu Oxu.Az-a açıqlamasında “Yeni klinika”nın reanimasiya şöbəsinin müdiri Emil Qasımov bildirib.

Onun sözlərinə görə, koronavirusun beyin əlamətləri də olur və beyin damarlarında zədə yarada bilir:

“Hazırda Xalq artistində bundan şübhələnirik. Bu gün bu istiqamətdə müayinələr aparacağıq. Dünən xəstəni oyandırmağa çalışırdıq, amma beyinin oyanması istədiyimiz səviyyədə deyil. Hazırda A.Quliyevin vəziyyəti kritikdir”.

Qeyd edək ki, A.Quliyev bir müddət əvvəl yeni növ koronavirusa (COVID-19) yoluxub. O,  “Yeni klinika”nın reanimasiya və intensiv terapiya şöbəsinə qəbul edilib.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri