May
2021
19:12
264
63
2322
Virtual karabakh

Bəzi çöl quşları, balıqlar və vəhşi heyvanların ovlanmasına görə cərimələr artırılıb

4 May, 2021
19:12
2322

Bəzi çöl quşları, balıqlar və vəhşi heyvanların ovlanmasına görə cərimələr artırılıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nazirlər Kabineti “Azərbaycan Respublikasında balıqçılıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” 1999-cu il 6 sentyabr tarixli 146 nömrəli, “Cəza çəkmədən azad edilmiş şəxslərin ərzaq, geyim, ayaqqabı ilə təmin olunması, onlara gediş haqqının ödənilməsi, həmçinin birdəfəlik pul müavinətinin verilməsi Qaydasının təsdiq edilməsi haqqında” 2001-ci il 5 aprel tarixli 76 nömrəli, “Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin növlərinin müəyyən edilməsi barədə” 2001-ci il 23 may tarixli 98 nömrəli, “Atmosfer havasına atılan zərərli maddələrin və ona zərərli fiziki təsirlərin dövlət uçotu Qaydaları”nın, “Atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirlərə xüsusi icazənin verilməsi Qaydaları”nın və “Atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirlərə xüsusi icazə alınmasına görə ödəmələrin miqdarı və istifadə olunması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2002-ci il 13 iyul tarixli 112 nömrəli və “Heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi qaydaları”, “Heyvanlar aləmindən istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmə qaydaları və qeyri-qanuni heyvan ovuna cərimələr” və “Heyvanlar aləmi obyektlərindən istifadəyə görə ödənişlərin və qeyri-qanuni vəhşi heyvan ovuna görə cərimələrin istifadəsinə dair Təlimat”ın təsdiq edilməsi haqqında” qərarlarında dəyişiklik edib.

Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. 

“Balıq və digər su bioresurslarından istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmə qaydaları və balıq və digər su bioresurslarının qeyri-qanuni ovuna cərimələr”in 10-cu hissəsi aşağıdakı redaksiyada verilib:

“10. Ölçüsündən və çəkisindən asılı olmayaraq bir ədəd balıq, su heyvanı və onurğasıza vurulmuş ziyan aşağıdakı məbləğdə (manatla) müəyyən edilir:

a) Balıq və digər su bioresursları

“Qırmızı kitaba” daxil edilmiş balıq, su məməliləri və su onurğasızları növləri (kələmo, dəniz sıfı, poru, zərdəpər, Xəzər qızılbalığı, qılıncbalıq, Şirvan külməsi, Xəzər şirbiti, Pilzov çay xərçəngi və Xəzər suitisi, qızıl xallı)

275

bölgə

247,5

nərə, uzunburun, ağ qızılbalıq

220

xəşəm, kütüm, sıf, şirbit, şamayı, ağ amur, enlialın

33

çəki, karp, qarabel siyənəyi

22

naxa, durna balığı, kefal, çapaq, külmə, qarasoy, xramulya, dabanbalığı, xanı balığı, ilanbalığı və siyənəyin digər növləri

11

kilkə (1 kq)

0,55

b) Kürü (1 kq)

bölgə, kələmo, nərə, uzunburun

220

ç) Su onurğasızları

xərçəng

1,1

krevet

0,55

d) Dövlət qoruqlarında və digər xüsusi mühafizə olunan ərazilərdə qanunsuz ovlanmış və ya məhv edilmiş balıq və digər su bioresursları üçün cərimələr üç qatına tutulur.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 5 aprel tarixli 76 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 4, maddə 285) ilə təsdiq edilmiş “Cəza çəkməkdən azad edilmiş şəxslərin ərzaq, geyim, ayaqqabı ilə təmin olunması, onlara gediş haqqının ödənilməsi, həmçinin birdəfəlik pul müavinətinin verilməsi Qaydası”nın 2-ci hissəsinin ikinci cümləsində “şərti maliyyə vahidinin bir misli həcmində” sözləri “1 manat 10 qəpik” sözləri ilə və 3-cü hissəsində “şərti maliyyə vahidinin on misli həcmində” sözləri “11 manat” sözləri ilə əvəz edilsin.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 98 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 5, maddə 348; 2004, № 9, maddə 747; 2005, № 12, maddə 1244; 2006, № 9, maddə 819; 2007, № 2, maddə 185; 2008, № 8, maddə 780; 2009, № 10, maddə 857; 2017, № 9, maddə 1739, № 12 (II kitab), maddə 2549; 2020, № 10, maddə 1269) ilə təsdiq edilmiş “Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin növləri”nin 3-cü hissəsinin ikinci abzasında “Ayda qanunvericiliklə müəyyən edilmiş şərti maliyyə vahidinin 5 misli məbləğindən çox pul təminatı alan müddətli” sözləri “Müddətli” sözü ilə əvəz edilsin.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 13 iyul tarixli 112 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 7, maddə 450; 2017, № 12 (II kitab), maddə 2499) ilə təsdiq edilmiş “Atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirlərə xüsusi icazə alınmasına görə ödəmələrin miqdarı və istifadə olunması Qaydaları”nın 2-ci hissəsinin ikinci abzasında “şərti maliyyə vahidinin 720 misli” sözləri “792 manat” sözləri ilə, üçüncü abzasında “şərti maliyyə vahidinin 360 misli” sözləri “396 manat” sözləri ilə, dördüncü abzasında “şərti maliyyə vahidinin 180 misli” sözləri “198 manat” sözləri ilə və beşinci abzasında “şərti maliyyə vahidinin 90 misli” sözləri “99 manat” sözləri ilə əvəz edilsin.

Heyvanlar aləmindən istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmə qaydaları və qeyri-qanuni heyvan ovuna cərimələr”in 2.1-ci, 2.6-cı, 3.1-ci və 3.5-ci bəndləri aşağıdakı redaksiyada verilsin:

“2.1. Heyvanlar aləmindən istifadəyə görə ödəmələrin növləri və dərəcələri aşağıdakı kimi müəyyən edilir:

Sıra

№-si

Vəhşi heyvanların adı

Bir baş vəhşi heyvanın vurulması (tutulması) üçün ödəmə (manatla)

1

2

3

1 .

Dırnaqlılar dəstəsi

 
 

ceyran, maral, muflon, bezoar keçi, qarapaça

55

 

Dağıstan turu

24,75

 

çöldonuzu

16,5

 

cüyür

16,5

2.

Yırtıcılar dəstəsi

 
 

bəbir

550

 

vaşaq, manul pişiyi

550

 

qonur ayı

24,75

 

çölpişiyi

33

 

qamış və meşə pişikləri

22

 

meşə və daşlıq dələləri

3,96

 

gəlincik, porsuq

5,5

 

yenot

1,65

 

tülkü

5,5

 

canavar

5,5

 

çaqqal

3,96

3.

Gəmiricilər dəstəsi

 
 

oxlu kirpi

5,5

 

bataqlıq qunduzu (nutriya)

1,65

 

sincab

5,5

4.

Dovşankimilər dəstəsi

1,10

5.

Həşəratyeyənlər və yarasalar dəstəsi

1,10

6.

Toyuqkimilər dəstəsi

 
 

Qafqaz və Xəzər uları

11

 

Qafqaz tetrası, turac

11

 

Zaqafqaziya qırqovulu

2,53

 

talış qırqovulu

11

 

boz kəklik

1,265

 

gözəl kəklik

1,265

 

bildirçin

0,154

7.

Göyərçinkimilər dəstəsi

 
 

Qaraqarın bağrıqara

11

 

alabaxta

0,308

 

digər növlər

0,154

1

2

 

3

8.

Durnakimilər dəstəsi

   
 

sultan toyuğu

11

 
 

çivdimdik

11

 
 

qaşqaldaq, qamışlıq fərəsi, porzan, xırda porzan, cırtdan porzan, su fərəsi

0,308

 
 

ağ durna

22

 
 

boz durna, qəşəng durna

16,5

 
 

dovdaq, qəşəng dovdaq

22

 
 

bəzgək

11

 

9.

Çovdarçıkimilər dəstəsi

   
 

qırıldayan cüllüt

11

 
 

ağquyruq çökükburun

11

 
 

tənbəl bekas

11

 
 

kiçik kronşnep

11

 
 

çölhaçaquyruq cüllütü

11

 
 

cüllütkimilərin digər növləri

0,308

 

10.

Qağayılar fəsiləsi

1,10

 

11.

Qağayıkimilər dəstəsi

1,10

 

12.

İyrəncəkimilər dəstəsi

0,33

 

13.

Qazkimilər dəstəsi

   
 

qu quşları, qırmızıdöş qaz, ağqaş qaz

11

 
 

qazlar (boz və ağalın)

2,53

 
 

mərmər cüro, ağgöz və göydimdik ördək

11

 
 

cürələr

0,308

 
 

digər ördək növləri

0,99

 

14.

Kürəkayaqlıkimilər dəstəsi

   
 

qutanlar

11

 
 

qarabataqlar

0,22

 

15.

Qızılqazkimilər dəstəsi

   
 

qızılqaz

11

 

16.

Leyləkkimilər dəstəsi

   
 

ərsindimdik, qara leylək

11

 
 

ağ leylək

5,5

 
 

qarıldaq, dan quşları, qaranaz, Misir vağı, müqəddəs ibis və vağların digər növləri

5,5

 

17.

Yırtıcılar dəstəsi

   
 

Qafqaz şahini, ütəlgi, Aralıq dənizi qızılquşu, çay qaraquşu, ağquyruq dəniz qartalı, tetraçalan, Türküstan tüvüyü, çölqartalı, məzar qartalı, berkut, toğlugötürən, ilanyeyən, böyük qartalça, qara kərkəs, çölbelibağlısı, çölmuymulu

220

 

1

2

 

3

 

arıyeyən, qırmızı çalağan, qara çalağan, uzunquyruq dənizqartalı, bildirçinçalan, tülküayaq sar, çölsarı, adi sar, cırtdan qartal, kiçik qartalça, leşyeyən, ağbaş kərkəs, tarla belibağlısı, çəmənlik belibağlısı, qamışlıq və ya bataqlıq belibağlısı, adi muymul, derbnik, kərkincək, qaragöz

55

 

18.

Bayquşkimilər dəstəsi

   
 

iri yapalaq, adi yapalaq, bataqlıq bayquşu, qulaqlı bayquş, dam bayquşu, meşə bayquşcuğu

1,10

 

19.

Quququşukimilər dəstəsi

1,10

 

20.

Keçisağankimilər dəstəsi

1,10

 

21.

Uzunqanadlılar dəstəsi

0,55

 

22.

Göycəqarğakimilər dəstəsi

0,33

 

23.

Ağacdələnkimilər dəstəsi

0,11

 

24.

Sərçəkimilər dəstəsi

   
 

ağboğaz bülbül, səhra qarquşu, hirkan anquşu

11

 
 

sərçəkimilərin digər növləri

0,22

 

25.

İlanlar

5,5

 
 

gürzə

11

 

26.

Kərtənkələlər

0,55

 

27.

Tısbağalar

0,55

 
 

Aralıq dənizi tısbağası

1,10

 

28.

Qurbağalar, tritonlar

0,22

 

29.

Tibb zəlisi

0,055

 

30.

Siyahıda adı göstərilməyən bütün fauna növləri üçün

1,10

 

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən vəhşi heyvanların (Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının “Qırmızı Siyahısı”na düşmüş vəhşi heyvan növləri istisna olmaqla) ovlanmasının (tutulmasının) qiyməti və ov qənimətinin dəyəri aşağıdakı kimi müəyyən edilir:

 

Sıra

№-si

Vəhşi heyvanların adı

Bir baş vəhşi heyvanın vurulması (tutulması) üçün ödəmə (manatla)

Ovlanmış bir baş ov heyvanı üçün ov qənimətinin qiyməti (manatla)

1

2

3

4

1.

Dağıstan turu

24,75

803

2.

Qonur ayı

24,75

803

1

2

3

4

3.

Çöldonuzu

16,5

220

4.

Tülkü

39,6

-

5.

Çaqqal

39,6

-

6.

Boz dovşan

24,75

-

7.

Qazlar

4,95

-

8.

Ördəklərin bütün

növləri və qaşqaldaq

1,001

-

9.

Kəklik

4,95

-

10.

Meşə cüllütü, böyük və ortaboy kronşnep

1,001

-

11.

Zaqafqaziya qırqovulu

4,95

-

12.

Göyərçinkimilər dəstəsi

0,495

-

13.

Sərçəkimilər dəstəsi

0,495

-

 

Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının “Qırmızı Siyahısı”na daxil edilmiş vəhşi heyvan növlərinin qeyri-qanuni ovu üçün təbiətə dəymiş ziyana görə cərimələr aşağıdakı qaydada müəyyən edilir

Sıra №-si

Azərbaycan Respublikasının “Qırmızı

Kitabı”na və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının “Qırmızı Siyahısı”na düşmüş nadir heyvan növlərinin

(yarımnövlərinin) adı

Yaşından, ölçüsündən və çəkisindən asılı

olmayaraq bir baş vəhşi

heyvan üçün ziyanın miqdarı (manatla)

1

2

3

1.

Məməlilər

 
 

adi uzunqanad

110

 

cənub nalburunu

110

 

enliqulaq bükükdodaq

110

 

zolaqlı kaftar

1100

 

çay samuru

220

 

sarıqlı safsar

110

 

manul pişiyi

550

 

çölpişiyi

220

 

vaşaq

2200

 

bəbir

3300

 

turan pələngi

4400

 

ceyran

550

 

köpgər (qarapaça)

550

 

bezoar keçisi

550

1

2

 

3

 

mulfon

550

 

2.

Quşlar

   
 

qıvrımlələk qutan

550

 
 

çəhrayı qutan

550

 
 

ərsindimdik

550

 
 

qara leylək

550

 
 

qızılqaz

550

 
 

kiçik qu

550

 
 

fısıldayan qu

550

 
 

ağqaş qaz

550

 
 

qırmızıdöş qaz

550

 
 

mərmər cürə

330

 
 

ağgöz ördək

330

 
 

göydimdik ördək

330

 
 

çay qaraquşu

330

 
 

ağquyruq dəniz qartalı

330

 
 

iri qırğı (tetraçalan)

330

 
 

Türküstan tuviyi (Orta Asiya tuviyi)

330

 
 

çölqartalı

330

 
 

iri qartalça

330

 
 

məzar qartalı

550

 
 

berkut

550

 
 

toğlugötürən

550

 
 

qara kərkəs

330

 
 

ilanyeyən

330

 
 

çölbelibağlısı

330

 
 

çölmuymulu

330

 
 

utəlgi (baloban)

770

 
 

Qafqaz şahini

1100

 
 

Xəzər uları

330

 
 

Qafqaz uları

330

 
 

turac

330

 
 

talış qırqovulu

550

 
 

Qafqaz tetrası

550

 
 

çivdimdik

110

 
 

sultan toyuğu

330

 
 

ağ durna

550

 
 

dovdaq

550

 
 

qəşəng dovdaq

550

 
 

bəzgək

330

 

1

2

 

3

 

qırıldayan cüllüt

110

 
 

ağquyruq çökükburun

110

 
 

tənbəl bekas

110

 
 

kiçik kronşnep (əyridimdik)

110

 
 

çölhaçaquyruq cüllütü

110

 
 

qaraqarın bağrıqara

330

 
 

hirkan anquşu

110

 
 

səhra qarquşu

110

 
 

ağboğaz bülbül

110

 

3 .

Suda-quruda yaşayanlar

   
 

adi quru qurbağası

11

 
 

Qafqaz xaçlıcası

22

 
 

adi triton

22

 
 

daraqlı triton

22

 
 

Suriya sarımsaqiyli qurbağası

33

 

4.

Sürünənlər

   
 

xarabalıq kələzi

55

 
 

Kiçik Asiya gürzəsi

82,5

 
 

eskulap ilanı

82,5

 
 

qızılı mabuya

55

 
 

girdəbaş yovşanlıq kərtənkələsi

55

 
 

Zaqafqaziya təlxəsi

66

 
 

zolaqlı çılpaqgöz kərtənkələ

55

 
 

qarabaş rinxokalamus

66

 
 

oxilan

55

 
 

Aralıq dənizi tısbağası

66

 

5.

Həşəratlar

   

6.

Kəpənəkkimilər dəstəsi

   
 

Şərqi Aleksanor yelkənciyi

55

 
 

adi appolon

55

 
 

Nordman appolonu

55

 
 

talış məxməri kəpənəyi

55

 
 

Komarov hafı

55

 
 

kəlləşəkilli haf

55

 
 

oleandr hafı

55

 
 

iri tənək hafı

55

 
 

talış bromeyası

55

 
 

hilata

55

 
 

avrorına sarıcası

55

 
 

Alp sarıcası

55

 

1

2

 

3

 

Qafqaz sarıcası

55

 
 

kürd sarıcası

55

 
 

Qafqaz zerintiyası

55

 
 

şəfəqsaçan

55

 
 

talış yangözcüklüyü

55

 
 

tutqun ayıça

55

 
 

tamara alacası

55

 
 

Aleksandra sədəflisi

55

 
 

İoniya bərqvuranı

55

 
 

Alp satiri

55

 
 

Romanov tomaresi

55

 
 

xrizip

55

 
 

Oxim qızılı kəpənəyi

55

 
 

Eyfema

55

 

7.

Böcəkkimilər dəstəsi

   
 

üçpərli talış qaçağanı

55

 
 

Qafqaz ilbizyeyən fıqırdarı

55

 
 

palıd diserkası

55

 
 

qəşəng böcək

55

 
 

Solomon qızılböcəyi

55

 
 

Klit Reyter

55

 
 

talış kökyeyəni

55

 
 

Xəzər parandrası

55

 
 

Alp rozaliyası

55

 
 

Ferrat çapağanı

55

 
 

Skovito uzunbığı

55

 
 

tündqırmızı talış uzunbığı

55

 

8.

Zolaqlı arılar

   
 

Dağıstan zolaqlı arısı

55

 
 

Mlokoseviç zolaqlı arısı

55

 
 

fars zolaqlı arısı

55

 
 

Porçinski zolaqlı arısı

55

Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının “Qırmızı Siyahısı”na daxil olmayan heyvan növlərinin qeyri-qanuni ovu üçün təbiətə dəymiş ziyana görə cərimələr aşağıdakı kimi müəyyən edilir:

Sıra

№-si

Azərbaycan Respublikasının “Qırmızı

Kitabı”na və Beynəlxalq Təbiəti

Mühafizə İttifaqının “Qırmızı Siyahısı”na daxil olmayan vəhşi heyvan növlərinin

(yarımnövlərinin) adı

Yaşından, ölçüsündən və çəkisindən asılı

olmayaraq bir baş vəhşi

heyvan üçün ziyanın miqdarı (manatla)

1

2

3

1.

Qulaqlı kirpi

3,3

2.

Boz dovşan

11

3.

Adadovşanı

11

4.

Sincab

11

5.

Süleysin

11

6.

Tirəndaz (oxlu kirpi)

11

7.

Bataqlıq qunduzu (nutriya)

22

8.

Tülkü

11

9.

Canavar

11

10.

Çaqqal

11

11.

Gəlincik

11

12.

Meşə və daşlıq dələləri

55

13.

Porsuq

16,5

14.

Qonur ayı

440

15.

Qamış pişiyi

55

16.

Meşə pişiyi

77

17.

Çöldonuzu

220

18.

Nəcib və xallı marallar

330

19.

Cüyür

220

20.

Dağıstan turu

275

21.

Həşəratyeyənlərin və yarasaların digər növləri

3,3

22.

Ağdöş və qaradöş qaqara

11

23.

İyrəncəkimilərin bütün növləri

3,3

24.

Böyük qarabatdaq

11

25.

Böyük və kiçik danquşu

11

26.

Qarıldaq

11

27.

Misir vağı

16,5

28.

Vağların digər növləri

5,5

29.

Qaranaz

11

30.

Ağ leylək

22

31.

Harayçı qu quşu

33

32.

Boz və ağalın qaz

22

33.

Ördəklərin bütün növləri

5,5

34.

Yırtıcı quşların bütün növləri

5,5

35.

Zaqafqaziya qırqovulu

22

1

2

 

3

36.

Kəklik

11

 

37.

Bozkəklik

11

 

38.

Bildirçin

3,3

 

39.

Qaşqaldaq

5,5

 

40.

Sığırçınların digər növləri

5,5

 

41.

Boz və qəşəng durna

22

 

42.

Çobanaldadan

11

 

43.

Çovdarçılar, haçaquyruq cüllütlər

11

 

44.

Qağayılar

16,5

 

45.

Göyərçinlər

5,5

 

46.

Ququ quşu

3,3

 

47.

Keçisağan

5,5

 

48.

Bayquşkimilərin bütün növləri

5,5

 

49.

Uzunqanadlıların bütün növləri

5,5

 

50.

Qaranquşların bütün növləri

5,5

 

51.

Balıqçıllar

5,5

 

52.

Qızılı və yaşıl qızlarquşu

5,5

 

53.

Göycəqarğa

3,3

 

54.

Şanapipik

5,5

 

55.

Ağacdələnkimilərin bütün növləri

11

 

56.

Sərçəkimilərin bütün növləri

5,5

 

57.

Gürzə

88

 

58.

İlanların digər növləri

33

 

59.

Tısbağalar

3,3

 

60.

Qurbağalar, kərtənkələlər

2,2

 

61.

Tibb zəlisi

0,55

 
 

Qeyd. Bu siyahıda adları göstərilməyən qalan bütün fauna növləri

2,2

 
 

Suda üzən quşların kütləvi surətdə tutulması

22

 
 

Ov quşlarının və faydalı quşların yuvalarından götürülmüş hər yumurtası üçün

2,2

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri