May
2021
12:13
21
151
5049
Virtual karabakh

Azərbaycanda koronavirusa ən aktiv yoluxma hansı yaş aralığındadır?

6 May, 2021
12:13
5049

Azərbaycanda koronavirusa ən aktiv yoluxma hansı yaş aralığındadır?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Yeni yoluxmalarda yaş faktorunda dəyişiklik yoxdur. Ən aktiv yoluxma 30-59 yaş qrupunda olan insanlarda müşahidə edilir”. 

Oxu.Az-ın müxbirinin verdiyi məlumata görə, bu sözləri Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi brifinqdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası departamentinin müdiri Yaqut Qarayeva deyib.

“Virusa yoluxanlar arasında epidemioloji vəziyyət başlayandan bu günə qədər qadınların sayı üstünlük təşkil edir. Regionlarla yanaşı paytaxtda yoluxma sayı daha çoxdur. Amma ümumilikdə ölkədə epidemioloji vəziyyət nəzarət altındadır”, - deyə Y.Qarayeva qeyd edib.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri