May
2021
15:42
17
428
12495
Virtual karabakh

Alimpaşa Məmmədovun maralları ac qalıb - VİDEO

7 May, 2021
15:42
12495

Alimpaşa Məmmədovun maralları ac qalıb - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun maral ferması baxımsız vəziyyətə düşüb. 

Baku TV xəbər verir ki, A.Məmmədovun həbsinə qədər hər gün heyvanlara palıd qozası və xüsusi yen verilirdi. İndi isə necə deyərlər “yetim” qalan marallar quru samana möhtacdır. 30-a yaxın maral ac və baxımsız vəziyyətdə qalıb.

Maral əsasən çöl heyvanıdır və meşələrdə yaşayır. Azərbaycanda bu heyvanların sayı çox deyil və onların fermada saxlanması ilk hadisədir. Bu ilkə isə Alimpaşa Məmmədov imza atıb. 

Maral ferması ilk olaraq rayonun Çənlibel kəndində qurulub. Bahalı qiymətə alınan marallar məhz bu kəndə gətirilib. Sonra keçmiş icra başçısı fermanı daha yaxın əraziyə - Kür qəsəbəsinə köçürüb. 

Ətraflı süjeti təqdim edirik:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri