May
2021
16:03
15
64
715
Virtual karabakh

“Yüksəliş” müsabiqəsi yarımfinal mərhələsinə hazırlaşır

“Yüksəliş” müsabiqəsinin İşçi qrupu iştirakçıların yarımfinal mərhələsinə hazırlığına start verib.

Bu məqsədlə müsabiqənin yarımfinal mərhələsində yolunu davam etdirən 309 iştirakçı üçün onlayn görüşlər və ekspertlər qrupu ilə birgə təlimlər təşkil olunacaq. Bu görüşlərin keçirilməsində məqsəd yarımfinalçıların bir-birilərini və müsabiqə təşkilatçılarının iştirakçıları yaxından tanıması, onların bacarıqlarının qiymətləndirilməsi, eyni zamanda, yarımfinal mərhələsinə hazırlığını təmin etməkdir. 

Ekspertlərin hazırlığı həm yerli, həm də xarici mütəxəssislər tərəfindən həyata keçiriləcək.

Qeyd edək ki, yarımfinalda iştirakçıların idarəçilik bacarıqları yoxlanılacaq və bu mərhələ üç gün davam edəcək. 100-ə yaxın iştirakçı final mərhələsinə keçmək hüququ qazanacaq. Yarımfinal mərhələsinin keçirilmə tarixi xüsusi karantin rejiminin tətbiqi qaydalarına uyğun olaraq müəyyənləşdiriləcək.

“Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 26 iyul 2019-cu ildə imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri