May
2021
20:59
84
40
2491
Virtual karabakh

Dərnək məşğələlərinin açılacağı tarix bəlli oldu

7 May, 2021
20:59
2491

Dərnək məşğələlərinin açılacağı tarix bəlli oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı, Sumqayıt, Şəki və Gəncə şəhərlərinin, Abşeron rayonunun ərazisində yerləşən xüsusi məktəblər, xüsusi internat məktəbləri və inteqrasiya təlimli internat tipli təhsil müəssisələrinin xüsusi siniflərində (I-IX siniflərdə) həftədə 5 dəfə olmaqla dərslər əyani bərpa ediləcək.

Bu barədə Təhsil Nazirliyi Kollegiyasının müvafiq qərarında öz əksini tapıb.

Həmçinin Bakı, Sumqayıt, Şəki və Gəncə şəhərlərinin, Abşeron rayonunun ərazisində yerləşən məktəbdənkənar təhsil müəssisələrində aşağı və orta yaş qruplarında (I-IX siniflər) dərnək məşğələləri həftədə iki dəfə olmaqla əyani aparılacaq.

Qeyd edək ki, mövcud qərara əsasən, Bakı, Sumqayıt, Gəncə və Şəki şəhərlərinin, Abşeron rayonunun ərazisində yerləşən ümumi və məktəbdənkənar təhsil müəssisələrində mayın 17-dən əyani tədris forması qismən bərpa ediləcək.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri