May
2021
15:48
67
197
4277
Virtual karabakh

Bakıda məşhur restoranda nişan mərasimi keçirildi, 57 nəfər cərimələndi - FOTO/VİDEO

8 May, 2021
15:48
4277

Bakıda məşhur restoranda nişan mərasimi keçirildi, 57 nəfər cərimələndi - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Qaraçuxur qəsəbəsində yerləşən “Qədir Xum” restoranında nişan mərasimi keçirilməsinin qarşısı alınıb.

Bu barədə Daxili işlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Nəzarət-profilaktik tədbir zamanı orada karantin qaydalarını pozan ümumilikdə 57 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib. Karantin qaydalarını pozan mərasim iştirakçıları və obyektin icarədarı cərimə olunublar. Polis əməkdaşları həmin şəxslərlə profilaktik söhbət apararaq karantin qaydaları barədə onları bir daha məlumatlandırıblar.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri