May
2021
17:40
250
31
1328
Virtual karabakh

Qələbənin 76-cı ildönümü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib - VİDEO

9 May, 2021
17:40
1328

Qələbənin 76-cı ildönümü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 76-cı ildönümü münasibətilə Müdafiə Nazirliyinin tabeliyində olan birlik, birləşmə, hərbi hissə, xüsusi təyinatlı hərbi təhsil müəssisələri, mərkəzi və qarnizon zabitlər evlərində silsilə tədbirlər keçirilib.

Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən şəxsi heyət tərəfindən İkinci Dünya müharibəsi illərində həlak olan həmvətənlərimizin xatirəsinə ucaldılan abidələr ziyarət edilib, müharibə veteranları ilə görüşlər keçirilib, onların qəhrəmanlıqları haqqında filmlər təqdim edilib və digər mədəni-kütləvi tədbirlər təşkil olunub.

Rayon və şəhərlərdə hərbi qulluqçuların iştirakı ilə Sovet İttifaqı qəhrəmanlarının ev muzeyləri ziyarət edilib, Böyük Vətən müharibəsinə həsr olunmuş abidələr önünə əklillər qoyulub, təntənəli mərasimlərdə faşizm üzərində qələbənin əldə edilməsində Azərbaycanın verdiyi töhfədən danışılıb, xalqımızın igid övladlarının qəhrəmanlıqları xatırlanıb.  

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin, Gəncə Qarnizonunun İdeoloji və Mədəniyyət Mərkəzinin, rayon, şəhər mədəniyyət müəssisələrinin kollektivlərinin, eləcə də hərbi orkestrlərin ifasında maraqlı konsert proqramları təqdim olunub.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri