May
2021
19:15
13
301
2914
Virtual karabakh

Bakıdan Zaqatalaya gedən mikroavtobus qəzaya uğrayıb

9 May, 2021
19:15
2914

Bakıdan Zaqatalaya gedən mikroavtobus qəzaya uğrayıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıdan Zaqatalaya gedən “Mercedes Benz Vito” markalı mikroavtobus qəzaya uğrayıb.

APA xəbər verir ki, hadisə bu gün saat 16 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Şəki rayonu ərazisindən keçən hissəsində baş verib.

Zaqatala rayon sakini, Şahin Əflatun oğlu Əlixanovun idarə etdiyi “Mercedes Benz Vito” markalı, 99 SC 071 dövlət nömrə nişanlı mikroavtobus Bakıdan Zaqatala rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən aşıb. Qəza baş verən zaman avtomobildə sürücü və beş nəfər sərnişin olub.

Qəza zamanı xəsarət alan şəxslər Şəki Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri