May
2021
22:00
22
340
2772
Virtual karabakh

Güclü külək Balakən və Zaqatala rayonlarında fəsadlar törədib - FOTO

Şimal-qərb bölgəsində keçən qeyri-sabit hava şəraiti bir sıra fəsadlar törədib.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, bu gün saat 4 radələrindən başlayaraq ölkənin şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürüb.

Bölgənin Balakən və Zaqatala rayonları ərazisində güclü küləklə müşahidə edilən yağışlı hava şəraiti olub. Güclü külək nəticəsində Balakən rayonunun Qazbinə kəndi, Zaqatala rayonunun isə Makov kəndi ərazisində iri gövdəli ağaclar yıxılıb.

Elektrik naqillərinin qırılması səbəbindən hər iki rayonun bir sıra yaşayış məntəqələrinə elektrik enerjisinin verilməsində fasilələr yaranıb.

Zaqatalanın Makov kəndində ağac yolu bağlaması səbəbindən ətraf kəndlərə nəqliyyatın hərəkəti müvəqqəti dayanıb. Aidiyyəti qurumlar və kənd sakinlərinin köməkliyi ilə qısa müddətdə yol təmizləndikdən sonra avtomobillərin hərəkəti yenidən bərpa edilib.

Elektrik enerjisinin verilməsində yaranan fasilələr axşam saatlarına aradan qaldırılıb.
Hazırda bölgədə yağışlı hava şəraiti davam edir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri