May
2021
23:00
53
234
7164
Virtual karabakh

Azərbaycanda yağış, dolu yağıb - FAKTİKİ HAVA

Ölkə ərazisində müşahidə olunan faktiki hava açıqlanıb.

Saat 22:00-a olan məlumata əsasən Şahbuz, Naxçıvan, Gədəbəy, Daşkəsən, Göygöl, Naftalan, Şəmkir, Ceyrançöl, Tovuz, Ağstafa, Balakən, Zaqatala, Tərtər, Bərdə, Kişçay (Şəki), Yevlaxda şimşək çaxıb, arabir yağış yağıb.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Qeyd edilib ki, qərb küləyi əsib, Naftalanda arabir 34, Tərtərdə 33, Ağdam, Balakəndə 30, Tovuz, Gəncədə 28, Mingəçevirdə 25, Ceyrançöldə 24, Zaqatalada 20, Yevlaxda 19, Gəncə, Şəmkirdə 18, Bərdə, Xaçmazda 16 Bakıda 20, Ələt, Maştağada 18, Binədə 17 m/s-dək güclənib.

Naxçıvanda saat 17:10-da 5 dəqiqə müddətində diametri 6 mm , Ağstafada 15:20-15:25 radələrində zəif dolu, Qazaxda 15:40-15:45 radələrində diametri 0,8 mm olan dolu yağıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri