10 
May
2021
17:52
425
34
12443
Virtual karabakh

“Space” TV-nin yeni rəhbəri istefa verdi - VİDEO

10 May, 2021
17:52
12443

“Space” TV-nin yeni rəhbəri istefa verdi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bir neçə gün əvvəl “Space” teleradio şirkətinə rəhbər təyin olunan Ülviyyə Mikayılova istefa verib.

Baku TV xəbər verir ki, Ü.Mikayılova “Space” TV-nin kollektivinə təqdim olunduqdan beş gün sonra əməkdaşlara bu vəzifəni icra edə bilməyəcəyini deyib.

Ü.Mikayılovanın TV-yə rəhbərlikdən imtinasına əsas səbəb oradakı çoxsaylı problemlərdir. “Space” TV-ni sırf maarifçilik kanalına çevirmək istəyinin mümkünsüz olması da istefa verməsinin səbəblərindən biri kimi göstərilir.

Qeyd edək ki, 2006-2021-ci illərdə “Space”in rəhbəri vəzifəsində çalışan Vaqif Mustafayev bu ilin əvvəlində işdən çıxarılıb. Daha sonra şirkətin rəhbəri vəzifəsinin müvəqqəti icrası televiziyanın baş prodüseri Kamil Şahverdiyevə tapşırılıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri