10 
May
2021
19:40
241
76
920
Virtual karabakh

Moldovada Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO/VİDEO

10 May, 2021
19:40
920

Moldovada Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mayın 10-da Azərbaycanın Moldovadakı səfirliyi Moldova Azərbaycanlıları Konqresi (MAK) ilə birlikdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş tədbir keçirib.

Oxu.Az xəbər verir ki, tədbirə yerli ictimai və siyasi xadimlər, elm və iş adamları, Moldovada yaşayan və təhsil alan 400-ə yaxın soydaşımız ailə üzvləri ilə birlikdə qatılıb.

Tədbir çərçivəsində qonaqlar arasında böyük maraq doğuran dahi Azərbaycan liderinin həyat və yaradıcılığına həsr olunmuş fotolardan ibarət sərgi keçirilib.

İştirakçıları salamlayan Azərbaycanın Moldovadakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanov müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin həyatı və siyasi fəaliyyətindən danışıb. O, hazırkı Prezident İlham Əliyevin ötən il Heydər Əliyevin əziz arzusunu yerinə yetirdiyini, Azərbaycan torpaqlarını geri qaytardığını və Azərbaycan bayrağını Şuşa və Qarabağ üzərində qaldırdığını bildirib.

Digər çıxışların ardından Moldovada yaşayan azərbaycanlı uşaqlar ümummilli lider Heydər Əliyevə həsr olunmuş vətənpərvərlik şeirlərini, milli rəqsləri və mahnıları, həmçinin Müslüm Maqomayevin bəstələrini səsləndiriblər.

Daha sonra qonaqlara milli Azərbaycan mətbəxinin yeməkləri ilə tanış olmaq imkanı verilib.

Tədbir həmyerlilərimizin və qonaqların bu yaxınlarda yenidən qurulmuş səfirlik binasının həyətində ağac əkmə aksiyası ilə başa çatıb.

Qeyd edək ki, tədbir Moldova mətbuatı tərəfindən geniş işıqlandırılıb.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri