10 
May
2021
23:43
226
127
709
Virtual karabakh

“Ümummilli lider Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda anım tədbiri keçirilib - FOTO

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikasının Gənclər Fondu Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə “Ümummilli lider Heydər Əliyev və Azərbaycan gəncliyi“ mövzusunda anım tədbiri keçirib.

Konfrans Gənclər və idman nazirinin müavini İntiqam Babayev, Naxçıvan MR Gənclər və idman naziri Azad Cabbarov, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Milli Məclisin Gənclər və idman Komitəsinin sədr müavini Şahin İsmayılov, YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamovun iştirakı ilə baş tutub. Çıxış edənlər Ulu Öndərin gənclər üçün miras qoyduğu dövlətçilik ənənələrindən bəhs edərək, dövlət gənclər siyasətinin Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi ilk illərdən başlayaraq hər zaman aparıcı istiqamətlərdən biri olduğunu vurğulayıblar. 

Bildirilib ki, Ulu öndərin həyata keçirdiyi siyasət ölkə gənclərinin mənəvi-əxlaqi tərbiyyəsinin, vətənpərvərlik ruhunun gücləndirilməsinə, sosial rifahının yaxşılaşdırılmasına və dərin elmi potensialın yaradılmasına xidmət edib. Heydər Əliyevin hər zaman gənclərə böyük qayğı ilə yanaşaraq, onların problemlərinin həll edilməsini daim diqqət mərkəzində saxladığı xüsusi olaraq vurğulanıb.

Gənclər və idman idarələri, Gənclər evləri, Gənclərin Karyera və İnkişaf Mərkəzlərinin əməkdaşları, gənclər təşkilatlarının nümayəndələri və ictimai fəal gənclərin iştirakı ilə ümumilikdə 1000-ə yaxın gəncin onlayn formada izlədiyi konfransda gənclər də fikirlərini bildirərək, Ümummilli Liderin “Azərbaycanın bugünkü gələcəyi bütövlükdə sağlam düşüncəli gənclərdir” sözlərinin Azərbaycan gənclərinin devizinə çevrildiyini və Ulu Öndərin layiqli davamçısı cənab Prezident İlham Əliyevin rəhbərliyi altında dövlət gənclər siyasətinin keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyması, gənclərin sosial rifahının yaxşılaşması istiqamətində görülmüş və davam edən böyük miqyaslı işlərdən danışıblar.

Konfrans Heydər Əliyevin xatirəsinə həsr olunmuş qısa filmin təqdimatı ilə yekunlaşıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri