11 
May
2021
09:27
394
17
1704
Virtual karabakh

Alban-udi dini icmasının nümayəndələrinin Laçına növbəti səfəri başlayıb - FOTO

11 May, 2021
09:27
1704

Alban-udi dini icmasının nümayəndələrinin Laçına növbəti səfəri başlayıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Alban (Qafqaz) Apostol Müstəqil Kilsəsinin varisi olan Azərbaycan Alban-udi dini icmasının nümayəndələrinin növbəti dəfə Laçın rayonuna səfəri başlayıb.

“Report” xəbər verir ki, səfərdə həmçinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və media nümayəndələri iştirak edirlər. Səfər çərçivəsində icma nümayəndələri rayon ərazisindəki qədim alban məbədi olan “Ağoğlan” monastırını ziyarət edəcək.

Bu, qədim Alban kilsəsinin əsl varislərinin "Ağoğlan" məbədinə 180 ildən sonra üçüncü ziyarətidir. Səfər Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir.

Qeyd edək ki, “Ağoğlan” məbədi erməni vandalizminin qurbanı olan abidələrimizdən biridir. V-VI əsrlərə aid bazilika Ağoğlan çayının sahilində yerləşir. Abidə müxtəlif vaxtlarda uçqun və dağıntılara məruz qaldığından IX əsrdə yenidən inşa edilərək forma etibarilə monastır üslubuna uyğunlaşdırılıb.

İşğal dövründə ermənilər tərəfindən abidə saxtakarlığa məruz qalıb. Ermənilər monastırı özününküləşdirmək üçün onun memarlıq quruluşuna və interyerinə dəyişiklik ediblər.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri