11 
May
2021
21:26
490
17
22970
Virtual karabakh

Ramazan ayının 29-cu gününün imsak, iftar və namaz vaxtları - FOTO

11 May, 2021
21:26
22970

Ramazan ayının 29-cu gününün imsak, iftar və namaz vaxtları - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sabah Ramazan ayının 29-cu günüdür.

Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 12-də imsak vaxtı saat 03:43-də, iftar vaxtı isə 20:02-dədir.

Mayın 12-i üçün namaz vaxtları:

Sübh azanı 03:53
Zöhr azanı 12:37
Əsr azanı 17:39
Məğrib azanı 20:02
İşa azanı 21:15

29-cu günün imsak vaxtı üçün duanı təqdim edirik:

“Allahummə ğəşşini fihi bir-rəhməh. Vərzuqni fihit-tovfiqə vəl-isməh. Və təhhir qəlbi min ğəyabihit-tuhməh. Ya rəhimən bi-ibadihil-mu-minin!”

Tərcüməsi: “İlahi, bu gün məni öz sonsuz rəhmətinlə əhatə et! Bu gün mənə qüvvət və ismət nəsib et! Ürəyimi töhmətçilik qaranlığından təmizlə! Ey mömin bəndələrinə rəhmli olan Allah!”

İftar duası:

“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli!”

Tərcüməsi: “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”

Allah orucunuzu qəbul etsin!

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri