11 
May
2021
15:24
605
12
1774
Virtual karabakh

Daha bir qrup qazimiz Türkiyəyə göndərildi - VİDEO

11 May, 2021
15:24
1774

Daha bir qrup qazimiz Türkiyəyə göndərildi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ağır yaralanan daha 11 qazimiz “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib.

Fondan verilən məlumata görə, Rəhimov Ziyəddin Aşur oğlu, Abbasov Rövşən Hüseyn oğlu, Novruzov Mobil Şahmar oğlu, Abbasov Kamal Saleh oğlu, Məmmədov Vidadi Ələkbər oğlu, Əliyev Xəyyam Şəadət oğlu, İbrahimov Şahid Samir oğlu, Atakişiyev Rəşad Nazim oğlu, İsmayılov İlqar Məzahir oğlu, Abdurrəhmanov Nicat İlqar oğlu və Quliyev Şəhriyar Əsa oğluna Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq qazilərimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi orada davam etdiriləcək.

“YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq.

Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərimizin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir.

Xatırladaq ki, fond tərəfindən bu günə qədər 87 qazimiz müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 17-sinin müalicə proseduru artıq uğurla yekunlaşıb və vətənə qayıdıblar. 
Qazilərimizin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də fond tərəfindən təmin edilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri