11 
May
2021
19:35
260
19
23725
Virtual karabakh

Şəmkirdə bibisi oğlunu öldürmək istəyən həbs edildi

11 May, 2021
19:35
23725

Şəmkirdə bibisi oğlunu öldürmək istəyən həbs edildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mayın 9-da saat 18 radələrində Musa Rüstəmov və Bakir Hüseynovun xəsarət almaları barədə Şəmkir Rayon Prokurorluğuna məlumat daxil olub.

Bu barədə Şəmkir Rayon Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, aparılmış araşdırmalarla müəyyən edilib ki, zərərçəkmiş Musa Rüstəmovun bibisi oğlu Ramin Mehdixanov şəxsi münasibətlər zəminində ona və həmin zaman onun yanında olan Bakir Hüseynova ov tüfəngi ilə atəş açaraq onları qəsdən öldürməyə cəhd edib.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin (CM) 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Ramin Mehdixanov CM-nin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda istintaq davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri