11 
May
2021
22:13
11
457
3485
Virtual karabakh

Balakəndə maşın çaya düşdü, ölən və yaralananlar var – FOTO

Balakəndə minik avtomobili çaya düşüb, sürücü ölüb, daha üç nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə axşam saat 19 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Balakən rayonu Katex kəndi ərazisindən keçən hissəsində baş verib.

Zaqatala rayon sakini, 1989-cu il təvəllüdlü Rəvan Məmmədvəli oğlu Əhməyev idarə etdiyi “VAZ 21099” markalı minik avtomobili ilə Zaqataladan Balakən şəhəri istiqamətində hərəkətdə olarkən avtomobilinin qarşısına at çıxıb.

R.Əhməyev idarəetməni itirərək maşını ərazidən axan çaya aşırıb. Qəza zamanı müxtəlf dərəcəli ağır bədən xəsarətləri alan R.Əhməyev və avtomobildə olan sərnişinlər - 1967-ci il təvəllüdlü İmran Rəcəbov, 1970-ci il təvəllüdlü Fərman Piriyev və 1990-cı il təvəllüdlü Mərdan Piriyev Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Ağır bədən xəsarətləri alan sürücü R.Əhməyev xəstəxanaya daxil olduqdan bir qədər sonra ölüb.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri