12 
May
2021
13:36
118
20
778
Virtual karabakh

FHN: “Ötən sutka ərzində üç nəfər xilas edilib, bir nəfər yanıq xəsarəti alıb”

12 May, 2021
13:36
778

FHN: “Ötən sutka ərzində üç nəfər xilas edilib, bir nəfər yanıq xəsarəti alıb”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fövqəladə Hallar Nazirliyi (FHN) ötən sutka ərzində həyata keçirdiyi yanğın, qəza-xilasetmə əməliyyatlarının statistikasını açıqlayıb.

FHN-dən verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 18 yanğına çıxış və iki halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, ötən sutka ərzində üç nəfər xilas edilib, bir nəfər yanıq xəsarəti alıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri