12 
May
2021
18:25
27
789
9027
Virtual karabakh

Gədəbəy sakinləri minaya düşüb - RƏSMİ AÇIQLAMA + YENİLƏNİB / VİDEO

12 May, 2021
18:25
9027

Gədəbəy sakinləri minaya düşüb - RƏSMİ AÇIQLAMA + YENİLƏNİB / VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün saat 17 radələrində 2 mülki şəxsin Gədəbəy rayonunun Ermənistanla sərhəd olan ərazisində minaya düşmələri barədə Rayon Prokurorluğuna məlumat daxil olub.

Bu barədə Gədəbəy Rayon Prokurorluğundan bildirilib.

Aparılmış araşdırmalarla Gədəbəy rayon sakinləri - 1995-ci il təvəllüdlü Kamran Namazov və 1994-cü il təvəllüdlü Səddam Nəsibovun kənd-təsərrüfat fəaliyyəti ilə məşğul olarkən qeyd edilən ərazidə minaya düşmələri nəticəsində Kamran Namazovun ağır dərəcəli, Səddam Nəsibovun isə müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.

Faktla bağlı Gədəbəy Rayon Prokurorluğunda araşdırma aparılır.

16:13

Gədəbəy rayon sakini minaya düşüb.

Oxu.Az-ın məlumatına görə, rayonun Əyridərə kənd sakini, 1995-ci il təvəllüdlü Namazov Kamran Aydın oğlu Ermənistanla sərhəd hissədə göbələk yığan zaman minaya düşüb.

Yaralı Şəmkir Rayon Mərkəzi xəstəxanasına yerləşdirilib. Vəziyyəti orta ağırdır.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri