12 
May
2021
17:36
307
23
16006
Virtual karabakh

Xırdabuynuzlu heyvanları oğurlayan dəstə üzvləri saxlanıldı

12 May, 2021
17:36
16006

Xırdabuynuzlu heyvanları oğurlayan dəstə üzvləri saxlanıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Saatlıda vətəndaşlara məxsus xırdabuynuzlu heyvanları oğurlayan dəstə üzvləri saxlanılıb. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində may ayının əvvəlində Saatlı rayonu Əlisoltanlı kəndi ərazisində vətəndaş F.Həmzəzadəyə məxsus iki baş xırdabuynuzlu heyvanı oğurlamaqda şübhəli bilinən İmişli rayon sakinləri Elşən Quliyev, Sadiq və Kamran Xəlilovlar saxlanılıblar. 

Saxlanılan şəxslərin ətrafında aparılan əməliyyat tədbirləri ilə onların rayonun Naharlı və Qaracalar kəndləri ərazisində də analoji oğurluq hadisələrini törətdikləri və iki kənd sakininə maddi ziyan vurduqları müəyyən edilib.

Dindirilmə zamanı E.Quliyev, S.Xəlilov və K.Xəlilov törətdikləri ogurluqları etiraf ediblər.

Faktlarla bağlı Saatlı RPŞ-də cinayət işi açılıb, dəstə üzvlərinin digər oğurluq hadisələrində iştiraklarının olub-olmaması araşdırılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri