12 
May
2021
20:16
41
475
6358
Virtual karabakh

Bakıda zəbt edilən piyada səkisinə İcra Hakimiyyətindən REAKSİYA – YENİLƏNİB/ FOTO+VİDEO

12 May, 2021
20:16
6358

Bakıda zəbt edilən piyada səkisinə İcra Hakimiyyətindən REAKSİYA – YENİLƏNİB/ FOTO+VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəbər verdiyimiz kimi, paytaxtın Xətai rayonunda piyada səkisi zəbt edilib. 

Xətai Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, məsələ həll edilib. Piyada səkisinə quraşdırılmış dəmir hissələr artıq sökülüb. 

19:19

Piyada səkisinin zəbt olunması ilə bağlı növbəti hal paytaxtın Xətai rayonunun Xudu Məmmədov küçəsində qeydə alınıb.

Bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Məlumatda bildirilir: “Hər bir belə qanunsuz hal tərəfimizdən aşkar edilərək aradan qaldırılması üçün zəruri addımlar atılır. Vətəndaşlardan xahiş edirik ki, səkilərin zəbt olunması halları ilə rastlaşdıqda bu barədə Bakı Nəqliyyat Agentliyinə məlumat versinlər. Həmçinin bu cür qanunsuz əməllərə yol verənləri ictimai qınağa çəkməyə çağırırıq”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri