13 
May
2021
10:20
107
423
1277
Virtual karabakh

Allahşükür Paşazadə Azərbaycan xalqını təbrik etdi

13 May, 2021
10:20
1277

Allahşükür Paşazadə Azərbaycan xalqını təbrik etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bütün dünya müsəlmanlarını və Azərbaycan xalqını təbrik edirəm. Onlara Allahdan xoşbəxtlik arzu edirəm. Bilirsiniz ki, Qurani-Kərim də bu ayda göndərilib. Bu gün biz bu müqəddəs ayı yola salırıq. Allah gələcəkdə də bizə bu ayda oruc tutmağı nəsib eləsin”.

Oxu.Az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Təzəpir məscidində qılınan Ramazan bayramı namazı mərasimində deyib.

“Biz çox xoşbəxtik ki, bu gün Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında Rəşadətli Azərbaycan Ordusunun gücü sayəsində torpaqlarımız işğaldan azad olundu və öz sahiblərinə qayıtdı”, - deyə o əlavə edib.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri