13 
May
2021
12:27
186
12
6229
Virtual karabakh

Azərbaycanlı döyüşçünün məlumatları “Brest qalası” muzeyində yerləşdirilib - FOTO

13 May, 2021
12:27
6229

Azərbaycanlı döyüşçünün məlumatları “Brest qalası” muzeyində yerləşdirilib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Brest qalasının müdafiəsində iştirak edən daha bir həmyerlimizin adı muzeyin ekspozisiyasına daxil edilib. 

Bu barədə Oxu.Az-a Müdafiə Nazirliyindən məlumat verilib. 

İkinci Dünya müharibəsində Brest şəhərinin müdafiəsi uğrunda döyüşlərdə iştirak edən azərbaycanlı döyüşçülər haqqında məlumatların “Brest qalası” muzeyində yerləşdirilməsi ilə bağlı ölkəmizin Belarusdakı səfirliyi və hərbi attaşelik aparatı tərəfindən işlər həyata keçirilir. Tədbirlər nəticəsində daha bir azərbaycanlı döyüşçü İsgəndərov Nəsir Mamed oğlu barədə məlumat və fotoşəkil muzeyin ekspozisiyalar sırasına daxil edilib.

Bu barədə muzeyin Elmi-metodik şurasının səfirliyə ünvanladığı məktubda şuranın müvafiq protokoluna əsasən qərar qəbul edildiyi bildirilib.

Qeyd edək ki, Brest qalasının müdafiəsində çoxlu sayda azərbaycanlının iştirak etməsinə baxmayaraq, hələlik qalanın xatirə plitələrinin üzərində adı yazılmış və muzeydə şəkli qoyulmuş yeganə həmyerlimiz Haqverdiyev Xəlil Həmzə oğludur. Hazırda Brestdə döyüşən digər azərbaycanlılar barədə araşdırmalar davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri